EN

Rusiyada yaşayış binasında güclü partlayış baş verib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyanın Tambov vilayətinin Kirsanov bələdiyyə dairəsində yaşayış binasında məişət qazı partlayışı baş verib.
Oxu.Az-ın məlumatına görə, bu barədə bölgə qubernatoru Maksim Yeqorov "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, partlayış dördüncü mərtəbədə baş verib və nəticədə dağıntılar olub. Partlayışdan sonra baş verən yanğın lokallaşdırılıb.
İlkin məlumata görə, iki nəfər həlak olub. Səkkiz nəfər tibbi yardım üçün müraciət edib, beş nəfər xəstəxanaya yerləşdirilməkdən imtina edib.
Chosen
4
1
oxu.az

10Sources