EN

Göyçayda ağır QƏZA:1 ölü, 2 yaralı var

Göyçayda ölümlə nəticələnən yol qəzası olub.

Avtosfer.az oxu.az-a iatinadən xəbər verir ki, hadisə oktyabrın 18-də saat 23 radələrində Göyçay rayonunun Ləkçıplaq kəndi ərazisində baş verib. “QAZ-24” və “VAZ-2105” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində “VAZ”ın sürücüsü,31 yaşlı Zamiq Kərimli aldığı xəsarətlərdən hadisə yerində ölüb, “QAZ-24”ün sürücüsü, 48 yaşlı Aqil Abdullayev və sərnişini, 34 yaşlı Müşviq Əzizov xəsarət alıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, 1 nəfərin ölümü,. 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Chosen
4
12
avtosfer.az

10Sources