Lerikdə yanıq xəsarətləri alan 2 yaşlı uşaq ölüb.BUTA.TVAPA-ya istinadən xəbər verir ki, 2022-ci il təvəllüdlü Vüqar Abbaslı bu gün səhər yanıq xəsarətlərindən xəstəxanada vəfat edib. Qeyd edək ki, hadisə ötən gecə Lerik rayonunun Şinəbənd kəndində baş verib. Odun peçindən çıxan alov 2 yaşlı uşağın və valideynlərinin üstünə düşüb. 2 yaşlı uşağın bədəninin çox hissəsinin yandığı bildirilirdi. Faktla bağlı araşdırma aparılır.