EN

Şimali Koreyadan Seula müharibə xəbərdarlığı

Cənubi Koreyanın yeni hərbi müdaxiləsi müharibə elanı sayılacaq və cavab zərbələri ilə nəticələnəcək.

Axar.az xəbər verir ki, bu barədə Şimali Koreya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Seulun KXDR ərazisinə, hava məkanına və ərazi sularına təkrar müdaxiləsi Pxenyan tərəfindən ölkənin suverenliyinə qarşı ciddi hərbi təxribat, habelə müharibə elanı kimi qiymətləndiriləcək:

“Bunun ardınca dərhal cavab zərbələri endiriləcək”.

Qeyd edək ki, Cənubi Koreyaya məxsus PUA qalıqlarının Şimali Koreya ərazilərindən birində tapıldığı iddia edilib.

Chosen
27
2
axar.az

10Sources