EN

Günün qoroskopu: xoşagəlməz hadisə riski var

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir:

Qoç - hadisələrlə zəngin gündür. Enerjili və aktiv davranmağa çalışın. Yaxın ətrafınızdakı insanlar sizdən yardım və dəstək istəyir, diqqət və qayğı tələb edirlər.

Öz işlərinizi unudaraq başqalarının problemləri ilə məşğul olmayın. Bir qədər tənəffüs edin, dincəlin.

Günün ikinci yarısında şəxsi münasibətlərdə romantik "yellər" əsə bilər. Yeni tanışlıqlarda ehtiyatlı olun. İlkin təəssürata çox inanmayın.

Axşam saatlarında normal istirahət etməyə çalışın.

Buğa - maliyyə öhdəlikləri götürməyin. Bilik və bacarıqlarınızı nümayiş etdirin. Çətin işlərə başlamaqdan çəkinməyin. Həmin işdə uğur qazanacaqsınız. Gərəkli nəticəni düşündüyünüz vaxtdan da tez, sürətlə əldə edə biləcəksiniz.

Rəğbət bəslədiyiniz insanla ünsiyyətdə səmimi və qayğıkeş olun.

Günün ikinci yarısında sayıq davranın. Faydalı biliklər və gərəkli məlumatlar əldə etmək şansından yararlanın.

Yaşam potensialınızın səviyyəsi yüksək olacaq. Aktiv və enerjili olun. Yorğunluq hiss etməyəcəksiniz. Bütün günü çalışmalı olsanız da, ruhdan düşməyin. Gözlənilməz hədiyyələr və xoş sürprizlər olacaq.

Əkizlər - asan olmayan, amma maraqlı və yaddaqalan zamandır. Təşəxxüslü olmayın və etiraf edin ki, hələ bilmədiyiniz, öyrənməyiniz gərəkən çox nəsnə var. Sizə yaxşı məsləhət verəcək adam xoşlamadığınız şəxs də ola bilər. Fərdlərə yox, sözlərə və niyyətlərə fikir verin.

Günün ikinci yarısında münaqişəyə qatılmayın. Vəziyyət gərginləşəndə aranı zarafatla soyutmaq yaxşı ideya deyil.

Pulla ehtiyatlı olun, lazım olduğundn artıq xərcləməyin. Ehtiyac duymadığınız əşyalar almayın. Borc alıb borc verməyin.

Xərçəng - asan qələbələr və sürətli irəliləyişin olacağını düşünməyin. Məqsədinizə
nail ola bilərsiniz, amma ciddi səy göstərməlisiniz. Planda tutduğunuz tədbiri unutmayın. Önəmli şəxslərlə görüşdə məntiqli davranın.

Yola çıxsanız, ehtiyatlı olun, çünki xoşagəlməz hadisə riski artıb.

Günün ikinci yarısında maliyyə məsələlərində əlverişli vəziyyət müşahidə olunacaq. Sevdiyiniz insan işlərinizlə maraqlanacaq.

Bir qədər romantik olun.

Şir - təxribatlara uymayın. Sizi təbdən çıxarmağa, sinirləndirməyə çalışacaqlar. Təmkinli olun, soyuqqanlı davranın. Sizdən öz maraqları üçün istifadə etməyə çalışan insanın hiyləgərliyinə aldanmayın. Yaşlı nəsil mənsubları ilə münasibətlər gərginləşəcək. Onlar fikirlərinizi anlamırlar, mövqeyinizi qəbul etmirlər.

Günün ikinci yarısında intriqa, hiyləgərlik, avantüraya qatılmayın. Səmimi və şəffaf olmağa çalışın. Axşam saatlarıda zahiri görünüşünüzün qüsursuz olması qarşı tərəfdə xoş təəssürat yaradacaq.

Qız - hadisələrlə zəngin, intensiv gündür. Müsbət təmayüllərin təsiri az deyil. Hədəfə çatmaq üçün alternativ yollar görünür. Çoxdan bəri maraqlandığınız insanda özünüzə rəğbət oyatmaq şanslarınız var. İmici yeniləyin. Orijinal, ekstravaqant vasitələrlə problemləri həll etmək olar.

Günün ikinci yarısında dövlət qurumlarından birinin mənsubu ilə danışıqlarda diqqətli olun. Maraqlı tanışlıq ola bilər.

Hüquqlarınızın tapdanmasına imkan verməyin.

Tərəzi - qarışıq, laübəli gündür. Bədxahlardan birinin səbrlə hazırladığı məkrli planın, təcrübəli manipulyatorun fitnəsinin qurbanı olmayın. Ətrafınızdakı insanların məsləhətləri ilə müqayisədə öz məntiqinizə güvənin. Tələyə düşsəniz, qurtulmaq asan olmayacaq.

Chosen
10
16
publika.az

10Sources