EN

ABŞ-də strateji nüvə qüvvələrinin illik təlimləri başlayıb

ABŞ-nin Strateji Komandanlığı (STRATCOM) “Global Thunder 25” adlı illik nüvə hazırlığı təliminə başlayıb.

"Report" xəbər verir ki, bu barədə STRATCOM-un məlumatında deyilir.

“Təlimlərin məqsədi nüvə qüvvələrinin hazırlığının artırılması və təhlükəsiz, etibarlı və effektiv strateji çəkindirmənin təmin edilməsidir”, - komandanlıq qeyd edib.

Manevrlərdə əsas müttəfiqlər və NATO tərəfdaşları, o cümlədən Böyük Britaniyadan olan hərbçilər də iştirak edir.

Təlimlər heç bir ölkəyə qarşı yönəlməyib.

Chosen
7
9
far.az

10Sources