“Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədovun cənazəsi Novxanıdakı evindən götürüləcək.
Demokrat.az xəbər verir ki, bu barədə Musavat.com-a onun xanımı Salatın Əhmədova deyib. O bildirib ki, hazırda həyat yoldaşının meyiti Əjdərbəy məscidinə gətirilib, orada yuyulduqdan sonra yenidən Novxanıya aparılacaq.,
T. Əhmədovun dəfn yeri hələ müəyyənləşdirilməyib.
Qeyd edək ki, Əhmədov Tağı Məhəmməd oğlu 1 fevral 1949-cu ildə Naxçıvanın Şahbuz rayonunda anadan olub. O, 1998–2014-cü illərdə “Bakı Metropoliteni” QSC-yə rəhbərlik edib. T.Əhmədov eyni zamanda, 2022-ci ilədək Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri idi.
10Sources
-
aznews.azTağı Əhmədov dəfn olunub ( 12184219)
-
bolge.tvTağı Əhmədov dəfn olundu ( 12183685)
-
apa.azTağı Əhmədov dəfn olunub - FOTO ( 12183124)
-
azpost.infoTağı Əhmədov Əhmədli qəbristanlığında dəfn olunub ( 12183004)
-
poliqon.infoTağı Əhmədov dəfn olunub ( 12182929)
-
interpress.azTağı Əhmədov dəfn olunub ( 12182890)
-
modern.azTağı Əhmədov dəfn olundu - FOTOLAR ( 12182785)
-
cebheinfo.azTağı Əhmədov dəfn olunub - FOTOLAR ( 12182749)
-
7news.azTağı Əhmədov dəfn olundu - FOTO ( 12182770)
-
bolge.tvTağı Əhmədovla vida mərasimi keçirilib ( 12182719)