EN

Azərbaycanda müəllimləri daşıyan maşını sel apardı

Qubanın Cimi kəndində müəllimləri daşıyan maşını sel aparıb.

Publika.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, avtomobildə olan bir qrup müəllim heyəti çayı keçən zaman sel gəlib. Nəticədə "Chevrolet" markalı nəqliyyat vasitəsini su basıb və 100 metr məsafəyə aparıb.

Avtomobil çaydakı iri daşa ilişərək dayandıqdan sonra nəqliyyat vasitəsini və sürücünü sudan çıxarmaq mümkün olub.

Chosen
25
29
publika.az

10Sources