Azərbaycan Premyer Liqasının X turunda "Qarabağ" səfərdə "Kəpəz"i böyük hesabla məğlub edib.
Moderator.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan qarşılaşma Ağdam təmsilçisinin 5:0 hesablı üstünlüyü ilə başa çatıb.
Qolları Emmanuel Addai (17), Aleksey İsayev (51), Leandro Andrade (52), Toral Bayramov (67) və Aleksey Kaşuk (78) vurub.