AZ

“Qarabağ” “Kəpəz”i darmadağın etdi

Azərbaycan Premyer Liqasının X turunda "Qarabağ" səfərdə "Kəpəz"lə qarşılaşıb.

Yenisabah.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan qarşılaşma Ağdam təmsilçisinin böyük hesablı qələbəsi ilə başa çatıb.

"Qarabağ"ın qollarını Emmanuel Addai (17), Aleksey İsayev (51), Leandro Andrade (52), Toral Bayramov (67) və Aleksey Kaşuk (78) vurub. vakansiya

Turnir cədvəlinə liderlik edən Qurban Qurbanovun komandası bu qələbədən sonra xallarının sayını 24-ə çatdırıb. Gəncə klubu isə 3 xalla sonuncu pillədədir.

Qeyd edək ki, X turun digər oyunları oktyabrın 19-20-də gerçəkləşəcək.


Telegram kanalımız
Seçilən
2
11
yenisabah.az

10Mənbələr