EN

Bakı iş həftəsini tıxacla yola salır

Bakının bir sıra yollarında tıxac müşahidə edilir.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət: 

 1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

 2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

 3. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

 4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

 5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

 6. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;

 7. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

 8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

 9. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;

 10. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

 11. Babək prospekti, mərkəz istiqamətində;

 12. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;

 13. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

 14. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

"Cebheinfo.az"

Chosen
4
14
cebheinfo.az

10Sources