EN

Mikayılın verilişinin adındandələduzluq edildi

Aparıcı Mikayıl Güləddinoğlunun verilişinin adından dələduzluq halları qeydə alınıb.

Gundem.az xəbər verir ki, AZXEBER.COM-un redaksiyasına gələn şikayətlər əsasında məlum olub ki, "Axşamdan-axşama” verilişin adından vətəndaşlara zənglər olunaraq onların hədiyyə qazanması barədə məluatlar verilir.

Şikayətçinin sözlərinə görə ona zəng edən şəxs özünü "MTV” Azərbaycan kanalının əməkdaşı kimi təqdim edib.

O, xanıma Mikayıl Güləddinoğlunun sözügedən verilişinin baş sponsoru tərəfindən hədiyyələrə layiq görüldüyünü bildirib.

 

Burada əsas məqsəd isə vətəndaşa bir hədiyyə verərək, digər bahalı əşyaları "endirim" adı ilə satmaqdır. 

Xatırladaq ki, yanvar ayında Mikayıl Güləddinoğlu "MTV” Azərbaycan kanalında yayımlanan "Axşamdan-axşama” "Toya gəlmişik”, "Qırmızı çemodan”  verilişlərinin yayımını dayandıraraq kanalla yollarını ayırıb.

Aparıcı hazırda "KANAL-S”də çalışır.

Chosen
13
4
gundem.az

5Sources