EN

ABB-nin dəstəyi ilə Bakı Caz Festivalı başlandı!

Bakı. Trend:

Oktyabrın 17-də növbəti dəfə Bakı Caz Festivalına start verilib.“Payızın caz improvizasiyaları: Baku Jazz 2024” adı altındakeçirilən tədbirə ABB də tərəfdaşlıq dəstəyi göstərir.

Festival oktyabrın 27-dək davam edəcək. Konsert proqramlarıBeynəlxalq Muğam Mərkəzində, Azərbaycan Milli Konservatoriyasında,“Jolly Joker” konsert meydançasında və ADA Universitetində təşkilolunacaq.

Festivalın proqramına konsertlər, ustad dərsləri, caz ulduzlarıilə görüşlər, “İpək üzərində caz” sərgisi, “Jazz & Art” animasiyaeskizləri, “Best World Jazz Photo” sərgisi, Bəhram Bağırzadənin“Uşaqlar üçün caz” kitabının təqdimatı və digər tədbirlərdaxildir.

Bakı Caz Festivalında ənənəvi caz, etno-caz, bossa nova, caz-rokkimi üslublar nümayiş olunacaq. Festivalda Interplay triosu,amerikalı müğənni Şeril Rayley, eləcə də digər dünya ulduzlarıiştirak edəcək.

Bakı Caz Festivalı ənənəsinin təməlini 2005-ci ildə görkəmli cazmusiqiçisi, Azərbaycanın əməkdar artisti Rain Sultanov qoyub. ABBardıcıl olaraq Bakı Beynəlxalq Caz Festivalına tərəfdaşlıq dəstəyiverir.

Festival haqqında daha ətraflı məlumatı buradan əldə edəbilərsiniz.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədəməlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən, ABB mobile tətbiqindən və ya 937nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəkikorporativ səhifələrindən əldə etmək olar.

Məqalədə:
Chosen
6
15
az.trend.az

10Sources