Tovuzun Aşağı Quşçu kəndində baş verən yol qəzasında xəsarət alanların sayı 7 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, yaralılar xəstəxanaya yerləşdiriliblər.
Xəsarət alanların adlarını təqdim edirik:
Tovuz rayon Qovlar şəhər sakini 1966-cı il təvəllüdlü Məcid Bədirov, 2023-cü il təvəllüdlü Onur Bədirov, Tovuz şəhər sakini 1970-ci il təvəllüdlü Xanım Bədirova, Əyyublu kənd sakini 1994-cü il təvəllüdlü Gülnar Xəlilova, 1992-ci il təvəllüdlü Şahmar Məmmədov, 1963-cü il təvəllüdlü Səlfinaz Rüstəmova, Şəmkir rayon sakini 1996-cı il təvəllüdlü Sevinc Nəbiyeva.
Xəstələrə ilkin tibbi yardım göstərilib. Azyaşlının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
***15:10
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.
"VAZ 2106" ilə "VAZ-21011" markalı minik avtomobillərinin toqquşması nəticəsində xəsarət alan 5 nəfər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media