EN

Heyvanlarla rəhmsiz rəftarı təbliğ edənlər cərimələnəcək

Bakı. Trend:

Heyvanlarla rəhmsiz rəftarın təbliğ edilməsi və ya kommersiyaməqsədləri üçün istifadə edilməsinə görə cərimələrmüəyyənləşir.

Trend xəbər verir ki, bubarədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəedilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdəəksini tapıb.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 274-1-cimaddəyə əsasən, heyvanlarla rəhmsiz rəftarın təbliğ edilməsinə vəya heyvanlarla rəhmsiz rəftara açıq çağırışlar edilməsinə, bu cürrəftarı özündə əks etdirən materialların kommersiya məqsədləri üçünistifadə edilməsinə görə min manatdan min beş yüz manatadəkməbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədəninşəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbstətbiq olunur.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq birincioxunuşda qəbul edilib.

Chosen
3
48
az.trend.az

10Sources