EN

Qarabağ və Şərqi Zəngəzurun elektrik enerjisi tələbatı 100 faiz "yaşıl enerji" hesabına təmin edilir

“Bu gün Azərbaycanın "yaşıl artım" ölkəsi kimi inkişafında və 2026-cı ilədək "yaşıl enerji" məkanlarının yaradılmasında müstəsna rol "yaşıl enerji zonası" modelinə məxsusdur. Azərbaycan Prezidentinin Qarabağ və Şərqi Zəngəzurun modern quruculuğa, xalis sıfır emissiyalı "Yaşıl Enerji Zonası" Konsepsiyasına əsaslanan inkişafı ilə bağlı strateji qərarı bu gün dünya ölkələri üçün də faydalı olacaq unikal nümunə formalaşdırıb”.

Bu barədə energetika naziri Pərviz Şahbazovun “Azərbaycan” qəzetində dərc olunmuş “Azərbaycan energetikasında “yaşıl era” adlı məqaləsində bildirilir.

Məqalədə vurğulanır ki, hidroenerji potensialı yüksək olan Qarabağ və Şərqi Zəngəzurda su-elektrik stansiyaları bölgənin "təmiz enerji" təminatının əsas mənbəyidir. Bu regionların elektrik enerjisi tələbatı 100 faiz "yaşıl enerji" hesabına təmin edilir və tələbatdan artıq qalan həcm ölkə enerji sisteminə ötürülür. İndiyədək 270 MVt gücündə 32 su-elektrik stansiyası istismara verilib. Bu, il ərzində 600 milyon kVt-st-dan çox "yaşıl enerji"nin istehsalı, 160 milyon kubmetrdən artıq təbii qaza qənaət edilməsi, atmosferə atılan karbon qazının (CO2) həcminin isə 330 min tondan çox azalması deməkdir.

Chosen
4
1
vergiler.az

8Sources