AZ

Qarabağ və Şərqi Zəngəzurda tələbatdan artıq elektrik enerjisi istehsal olunur - Nazir

Bakı. Trend:

Hidroenerji potensialı yüksək olan Qarabağ və Şərqi Zəngəzurdasu-elektrik stansiyaları bölgənin "təmiz enerji" təminatının əsasmənbəyidir. Bu regionların elektrik enerjisi tələbatı 100 % "yaşılenerji" hesabına təmin edilir və tələbatdan artıq qalan həcm ölkəenerji sisteminə ötürülür.

Trend xəbər verir ki, bunuenergetika naziri Pərviz Şahbazov "Azərbaycan" qəzetində dərcedilmiş məqaləsində bildirib.

"Bu gün Azərbaycanın "yaşıl artım" ölkəsi kimi inkişafında və2026-cı ilədək "yaşıl enerji" məkanlarının yaradılmasında müstəsnarol "yaşıl enerji zonası" modelinə məxsusdur. AzərbaycanPrezidentinin Qarabağ və Şərqi Zəngəzurun modern quruculuğa, xalissıfır emissiyalı "Yaşıl Enerji Zonası" Konsepsiyasına əsaslananinkişafı ilə bağlı strateji qərarı bu gün dünya ölkələri üçün dəfaydalı olacaq unikal nümunə formalaşdırıb.

İndiyə qədər 270 MVt gücündə 32 su-elektrik stansiyası istismaraverilib. Bu, il ərzində 600 milyon kVt-st-dan çox "yaşıl enerji"ninistehsalı, 160 milyon kubmetrdən artıq təbii qaza qənaət edilməsi,atmosferə atılan karbon qazının (CO2) həcminin isə 330 min tondançox azalması deməkdir", - deyə o qeyd edib.

"Ölkə Prezidentinin 2024-cü il 10 oktyabr tarixli Sərəncamı ilətəsdiq edilmiş "Su ehtiyatlarından səmərəli istifadəyə dair MilliStrategiya"nın 2024-2027-ci illərdə həyata keçirilməsi üzrəTədbirlər Planı bu ərazilərdə daha 28 su-elektrik stansiyasınıntikintisini nəzərdə tutur. Onlardan ümumi gücü 37,5 MVt olan 6kiçik su-elektrik stansiyasının tikintisi aparılır.

Bundan başqa, KSES-lərin bərpasına özəl investisiyanın cəlbedilməsi istiqamətində Kəlbəcər və Laçında Həkəri və Tərtər çaylarıüzərində yerləşən 5 kiçik su-elektrik stansiyasının bərpa edilərəkistismara verilməsi ilə bağlı Türkiyənin "Demirören Yatırım HoldingA.Ş." şirkəti, "Arges Enerji Team" MMC şirkəti və "Azərbaycanİnvestisiya Şirkəti" ASC arasında ötən ilin dekabrında imzalanmışmüqaviləyə əsasən Laçında kiçik su-elektrik stansiyalarındanbirinin təməli qoyulub, digər stansiyalarla bağlı müvafiq tədbirlərgörülür", - deyə nazir əlavə edib.

"Həmçinin, bu ilin mayında açılışı olan "Xudafərin" və "QızQalası" hidroqovşaqları, yaxın perspektivdə istifadəyə veriləcək140 MVt gücündə su-elektrik stansiyaları Şərqi Zəngəzurun "yaşılenerji" zonası kimi inkişafının mühüm elementləridir. Ümumi gücü500 MVt olan 5 günəş, eləcə də külək-elektrik stansiyalarınıninşası ilə bağlı planlar üzrə investorlarla əməkdaşlığımız da bustrateji bölgəni "yaşıl enerji"nin istehsalı və ixracının mühümmərkəzlərindən birinə çevirəcək", - deyə P.Şahbazov vurğulayıb.

Seçilən
4
7
az.trend.az

8Mənbələr