EN

Yəhya Əl-Sinvarın ölümü təsdiqləndi

Bakı, TurkicWorld

İsrail ordusu bu gün, cümə axşamı verdiyi açıqlamada, “Şin Bet”lə HƏMAS lideri Yəhya Sinvarın “Qəzza zolağında hərbi əməliyyatlar zamanı” öldürülməsi ehtimalını araşdırdığını bildirib.

TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki,İsrail ordusunun sözçüsü Avichai Adraee verdiyi açıqlamada, ordunun Qəzzada 3 nəfəri öldürdüyünü və “onlardan birinin Sinvar olması ehtimalını araşdırdığını” söyləyib.

“İndiki mərhələdə ölənlərin şəxsiyyətini qəti şəkildə təsdiqləmək mümkün deyil”-deyə o bildirib. O, əlavə təfərrüatları daha sonra dərc edəcəyini bildirib.
Axşam saatlarında İsrail HƏMAS lideri Yəhya Əl-Sinvarın ölümünü təsdiqləyər onun xüsusi əməliyyat nəticəsində deyil təsadüf nəticəsində öldürüldüyünü bəyan edib.

Chosen
18
29
turkic.world

10Sources