Sabirabadda qaz sızmasından partlayış olub.

Leqal.info xəbər verir ki, hadisə Sabirabad rayonunun Məmişlər kəndində baş verib. Həmin kəndin sakini, 1982-ci il təvəllüdlü Zeynalova Nüşabə Nizami qızı evin hamamında baş verən partlayış nəticəsində yanıq xəsarətləri alıb.

O, Şirvan xəstəxanasına yerləşdirilib. Oradan isə Bakıdakı Yanıq Mərkəzinə göndəriləcəyi gözlənilir.

Leqal.info