Sabirabadda qaz sızmasından partlayış olub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Məmişlər kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1982-ci il təvəllüdlü Zeynalova Nüşabə Nizami qızı evin hamamında baş verən partlayış nəticəsində yanıq xəsarətləri alıb.
O, Şirvan xəstəxanasına yerləşdirilib. Oradan isə Bakıdakı Yanıq Mərkəzinə göndəriləcəyi gözlənilir.
"Cebheinfo.az"