EN

Elçin Əmirbəyov yaponiyalı həmkarları ilə Ermənistanla sülh prosesini və COP29-u müzakirə edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrənümayəndəsi Elçin Əmirbəyovun Yaponiyaya işgüzar səfəriçərçivəsində Azərbaycan və Yaponiya arasında ikitərəflimünasibətlərin statusu və gələcəyi, Bakı ilə İrəvan arasında sülhprosesi və Bakıda keçiriləcək COP29 konfransı müzakirə edilib.

Trend xəbər verir ki, bubarədə Azərbaycanın Yaponiyadakı səfiri Gürsəl İsmayılzadə “X”sosial şəbəkəsində bildirib.

"Yaponiyaya işgüzar səfəri çərçivəsində Elçin ƏmirbəyovYaponiyanın yüksək vəzifəli rəsmiləri, o cümlədən, millitəhlükəsizlik müşaviri Takeo Akiba, xarici işlər üzrə dövlət naziriKiyoto Tsuci və parlamentin Müşavirlər Palatasının Xarici İşlər vəMüdafiə Komitəsinin rəhbəri Kimi Onoda ilə görüşərək,Azərbaycan-Yaponiya münasibətlərinin mövcud vəziyyəti,perspektivləri və Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlıçağırışlar, eləcə də, Bakıda keçiriləcək COP29 barədə müzakirələraparıb", - o qeyd edib.

Səfir əlavə edib ki, Elçin Əmirbəyov Yaponiyanın BeynəlxalqƏlaqələr Forumu (JFIR) çərçivəsində "Cənubi Qafqazda sülhünbərqərar olması üçün tarixi şans: çağırışlar və imkanlar"mövzusunda çıxış edib.

Elçin
Elçin
Elçin
Elçin
Məqalədə:
Chosen
9
5
az.trend.az

6Sources