EN

ABB Qarabağ Universiteti ilə əməkdaşlığa başladı - 30 xanım tələbəyə təqaüd veriləcək (FOTO)

Bakı. Trend:

Ölkəmizdə fəaliyyət göstərən universitetlərlə tərəfdaşlığıgenişləndirərək universitet-biznes münasibətlərinə töhfə verən ABBbu istiqamətdə daha bir addım atıb. Bank Qarabağ Universiteti ilədə əməkdaşlığa başlayıb. ABB və Qarabağ Universiteti arasındaəməkdaşlıq haqqında memorandum imzalanıb. Qarabağ Universitetindəkeçirilən tədbirdə sənədi ABB-nin İdarə Heyətinin sədri Abbasİbrahimov və Qarabağ Universitetinin rektoru Şahin Bayramovimzalayıb.

Razılaşma sənədi müxtəlif istiqamətlər üzrə əməkdaşlığı nəzərdətutur. Belə ki, ABB Universitetin ən yüksək təhsil nailiyyətləriolan 30 xanım tələbəsinə təqaüd verəcək. Qarabağda təhsilin vəmədəniyyətin inkişafına böyük töhfələri olmuş görkəmli şairəXurşidbanu Natəvanın şərəfinə təqaüd “Natəvan təqaüdü”adlandırılıb.

Yay tətili dövründə Qarabağ Universitetinin tələbələri üçünABB-nin Xankəndi filialında və digər filiallarında, eyni zamanda,Bankın Baş ofisində təcrübə proqramları təşkil olunacaq. Bankəməkdaşları tərəfindən Universitetdə xüsusi təlimlərin təşkili,həmçinin ABB-nin Xankəndi filialının əməkdaşları üçün Universitetdəmüvafiq təlim proqramlarının keçirilməsi də əməkdaşlıq planlarınadaxildir.

Bundan başqa, ABB-nin dəstəyi ilə Qarabağ Universitetindəkaryera günlərinin keçirilməsi, burada ABB-nin tədrisauditoriyasının yaradılması, birlikdə elmi konfransların və digərtədbirlərin təşkili, müştərək elmi-tədqiqat layihələrininreallaşdırılması, qarşılıqlı ekspert-məsləhət dəstəyi də nəzərdətutulur.

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib:“ABB olaraq ölkəmizdəki bir çox universitetlərlə sıxəlaqələrimiz var. Məmnunuq ki, artıq Qarabağ Universitetinin də ilktərəfdaşıyıq. Son illərdə təhsilə dəstək, biznes-universitetəməkdaşlığı sahəsində kifayət qədər təcrübə toplamışıq. Bu təcrübəgələcək layihələrimiz üçün faydalı olacaq. ABB-nin təsis etdiyi“Natəvan” təqaüdü də, ümid edirik ki, Qarabağ Universitetinin xanımtələbələri üçün böyük mənəvi dəyər və motivasiya yaradacaq, onlardaliderlik bacarıqlarının inkişafını dəstəkləyəcək. Qarabağı, ŞərqiZəngəzuru elm-təhsil, innovasiyalar məkanına çevirmək hamımızınbirgə missiyamızdır”.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov Universitetəqəbul olunan tələbələrin, həmçinin burada çalışan akademik vəinzibati heyətin göstəricilərinin yüksək olduğunu qeyd edib.Universitetdə təhsil səviyyəsinin yüksək olmasına xüsusi diqqətgöstərildiyini vurğulayıb: “Dövlət rəhbərimiz QarabağUniversiteti qarşında böyük strateji vəzifələr müəyyənləşdirib. Buvəzifələri uğurla yerinə yetirmək üçün belə tərəfdaşlıqlar bizimüçün zəruridir. ABB ilə imzaladığımız bu memorandum faydalı birtəcrübə formalaşdıracaq, həm tələbə və müəllimlərimiz, həm ABBəməkdaşları üçün yeni imkanlar yaradacaq”.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədəməlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən, ABB mobile tətbiqindən və ya 937nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəkikorporativ səhifələrindən əldə etmək olar.

ABB
ABB
ABB
ABB
Chosen
5
15
az.trend.az

10Sources