EN

Bakıda “TeamGym” üzrə Avropa çempionatı davam edir

Bakı. Trend:

Azərbaycanın paytaxtı yenidən gimnastikasevərlərin diqqətmərkəzlərindən birinə çevrilir. Oktyabrın 16-dan 19-dək Bakıda ilkdəfə olaraq “TeamGym” üzrə Avropa çempionatı ikinci gününə davamedir.

Trend-in məlumatına görə, bu, 3 alət üzrə çıxışlarıəhatə edən komanda yarışıdır.

İştirakçılar “TeamGym” xalçası, akrobatika cığırı və trampet(mini batut) üzərində bacarıqlarını nümayiş etdirəcəklər. Avropaqitəsinin ən yaxşı komandaları Milli Gimnastika Arenasında çempiontitulu uğrunda mübarizə aparırlar.

“TeamGym” Azərbaycanda 2018-ci ildən inkişaf etdirilməyəbaşlanılıb. Bu gün ölkəmizdə gimnastikanın bu növü üzrə həm peşəkaridmançılarımız, məşqçilərimiz, həm də hakimlik korpusununnümayəndələri var.

“TeamGym”də qələbə qazanmaq üçün fərdi bacarıq və səriştələrdənəlavə, uğurlu komanda işi də vacibdir. Burada qalib psixoloji, eynizamanda fiziki cəhətdən hazır olan şəxslərdir.

Milli Gimnastika Arenasında Çexiya, Danimarka, Avstriya,Estoniya, Finlandiya, Böyük Britaniya, İslandiya, İtaliya,Lüksemburq, Hollandiya, Portuqaliya, Norveç, İsveç və təbii ki,yarışın ev sahibi komandasının idmançıları çıxış edirlər.

Chosen
12
4
az.trend.az

10Sources