Həbsdə olan məşhur reper P.Diddi (əsl adı Şon Kombsdur -red.) sosial şəbəkədə qızına həsr olunmuş paylaşım edib.
Publika.az xəbər verir ki, o həbs olunduqdan sonra “Instagram”da ilk paylaşımını dərc edib.
"Ad günün mübarək, balaca Lav. Atan səni sevir”, - o yazıb.
Diddinin kiçik qızının iki yaşı tamam olub. Reperin ümumilikdə yeddi övladı var.
Sentyabrın 17-də münsiflər heyəti onu zorakılıq və insan alverində ittiham etdikdən sonra Kombs Nyu York məhkəməsində həbs edilib. Reper təqsirli bilinərsə, onu ömürlük həbs və ya minimum 15 il həbs cəzası gözləyir.