EN

Aİ Ermənistanda mülki missiyasının sayını artırır, Azərbaycan bunu “özbaşına" addım adlandırır

Avropa İttifaqı Ermənistandakı mülki monitorinq missiyasının sayını 138-dən 209 nəfərə artırmağa qərar verib. Rəsmi Bakı qurumun bu qərarını tənqid edib və bu addımı mandatın sayının "özbaşına genişləndirilməsi" adlandırıb.

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Josep Borrell bazar ertəsi Ermənistan-Azərbaycan sərhədinin Ermənistana aid hissəsində mülki missiya həyata keçirən əməkdaşların sayını artırmağa qərar verdiklərini bildirib, qurumun saytında qeyd edilib.

Aİ-nin Xarici İşlər Şurası bazar ertəsi keçirilən iclasda Ermənistan-Azərbaycan sərhədində yerləşdirilən “mülki missiyasını gücləndirmək məqsədilə” oradakı əməkdaşların sayını 138-dən 209 nəfərə artırmaq barədə razılığa gəlib, Şuranın yaydığı bəyanatda bildirilir.

Şərq Tərəfdaşlığına üzv ölkələrin xarici işlər nazirlərinin həmin gün Brüsseldə keçirilən iclasında çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şuranın bu qərarını tənqid edib və əməkdaşların sayının “özbaşına genişləndirildiyini” diqqətə çatdırıb.

“Aİ-nin Ermənistandakı monitorinq missiyasına gəlincə, ilkin vədlərə əməl olunmayıb, anlaşma pozulub və mandat özbaşına genişləndirilib. Bu missiya, regionda sabitliyə və Ermənistanla Azərbaycan arasında etimada töhfə vermək kimi bəyan etdiyi məqsədlərinə nail ola bilmədi”, - nazir Ceyhun Bayramov deyib, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında qeyd olunub.

Avropa İttifaqının monitorinq missiyası region üçün nə vəd edir?Zəngəzur dəhlizi: Azərbaycan, Naxçıvan və Türkiyəni birləşdirən yolAlen Simonyan: “Ermənilər və azərbaycanlılar yanaşı yaşamalıdırlar”Azərbaycan,

Şəklin mənbəyi, Azərbaycan XİN

Chosen
20
bbc.com

1Sources