EN

Bakıda “TeamGym” üzrə Avropa çempionatı başlayır

Bakı. Trend:

Bu gün Bakıda ilk dəfə olaraq “TeamGym” üzrə Avropa çempionatınastart veriləcək.

Trendİdman.biz-əistinadən xəbər verir ki, yarış oktyabrın 19-dək davam edəcək.

Bu, 3 alət üzrə çıxışları əhatə edən komanda mübarizəsidir.İştirakçılar “TeamGym” xalçası, akrobatika cığırı və trampet (minibatut) üzərində bacarıqlarını nümayiş etdirəcəklər. Avropaqitəsinin ən yaxşı komandaları Milli Gimnastika Arenasında çempiontitulu uğrunda mübarizə aparacaqlar. Tamaşaçılar bu yeni inkişafedən növ üzrə çıxışları ilk dəfə izləyəndə izaholunmaz duyğularyaşayacaqlar.

“TeamGym” Azərbaycanda 2018-ci ildən inkişaf etdirilməyəbaşlanılıb. Bu gün ölkəmizdə gimnastikanın bu növü üzrə həm peşəkaridmançılarımız, məşqçilərimiz, həm də hakimlik korpusununnümayəndələri var. “TeamGym”də qələbə qazanmaq üçün fərdi bacarıqvə səriştələrdən əlavə, uğurlu komanda işi də vacibdir. Buradaqalib psixoloji, eyni zamanda fiziki cəhətdən hazır olanşəxslərdir.

Yarışda on dörd ölkənin 46 komandası qüvvəsini sınayacaq. MilliGimnastika Arenasında Çexiya, Danimarka, Avstriya, Estoniya,Finlandiya, Böyük Britaniya, İslandiya, İtaliya, Lüksemburq,Hollandiya, Portuqaliya, Norveç, İsveç və təbii ki, yarışın evsahibinin idmançıları çıxış edəcəklər. 28 hakim öz növünün əslustası olanların çıxışlarını qiymətləndirəcək.

Chosen
11
1
az.trend.az

10Sources