EN

QHT “Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar” layihəsinin icrasını davam etdirir - FOTOLAR

"Oriqami" uşaq və yeniyetmələr ictimai birliyi bildirir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il kiçik qrant müsabiqəsi çərçivəsində Sabunçu rayonu Maştağa, Nardaran və Bilgəh qəsəbələrində “Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar” layihəsinin icrasını davam etdirir.

QHT.az xəbər verir ki, bu barədə layihə rəhbəri N.Nəcəfov məlumat verib. Onun sözlərinə görə, “Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar” layihəsinin Fəaliyyət Planına uyğun olaraq 15 oktyabr 2024-cü il ildə “Oriqami” QHT Sabunçu rayonu Nardaran qəsəbəsi 130 № li tam orta məktəbdə  yekun tədbir keçirib.

15.10.2024-cü il  saat 10-00 - da könüllülük prinsipi əsasında, məktəbin VI, VII, VIII  sinif şagirdlərindən ibarət 47 nəfər  idman zalına  toplaşıblar. İdman zalında məktəbin Fiziki tərbiyə muəllimləri N.Nurəliyev, A.Zülfüqarova, B.Orucov, təşkilatçılığı ilə yekun tədbirin keçirilməsi üçün hazırlanmış, əlavə masa və stullar qoyulmuş, zalda xüsusi təmizlik, səliqə yaradılıb. Masaların üstünə şahmat və domino dəstləri qoyulub. “Oriqami ” təşkilatı yekun tədbirdə məktəblilərin rəğbətləndirilməsi üçün Roll up gətirib, 20 dəst loqolu papaq və loqolu qısaqol köynək, 20 ədəd iştirakçı Sertifikatı, Vımpel, 11 dəst Şahmat, 11 dəst domino və 5 dəst digər ölçudə şahmat, 20 ədəd hədiyyə çantası və 2 mütəhərrik oyun dəstləri -  İnteraktiv “Çarpaz qollar” və "Böyük Domino" oyun və əyləncə dəstləri gətirib.

Yekun tədbiri giriş sözü ilə 130 № li tam orta məktəbin məktəbdənkənar və sinifdənxarıc tərbiyə  üsrə təşkilatçı E.Dadaşova, açdı. O,  şagirdlərin layihənin icrasında fəallığını qeyd etdi,onlara asudə vaxtdan səmərəli istifadə etməyi və intellektual səviyyələrini artırmağı tovsiyyə etdi.,Tədbirdə layihə rəhbəri N.Nəcəfov çıxış etdi. O dedi ki,layihə məktəblilərin davamlı  inkişafı məqsədini daşıyır.Şagirdlərə intellektual səviyyələrini artırmağa kömək edir.

Sonra  yekun tədbirdə iştirak edən 47 şagird öz maraqlarına görə şahmat oyununa, böyük domino,  qruplara bölünüb komanda domino yarışına qatıldılar..Bir qrup şagird çarpaz qollar ətrafında toplaşdılar və çoşqunluqla yarışmağa başladılar. 130 № li tam orta məktəbdə “Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar” layihəsinin yekun tədbirində 47 şagirdə hədiyyələr təqdim edildi. Hədiyyələrin təqdim olunmasında məktəbin direktoru S.Əliyeva, UBTR T.Novruzova, təşkilatçı E.Dadaşova, F/t tərbiyə müəllimi N.Nurəliyev, A.Zülfüqarova iştirak etdilər. Yekun tədbirin sonunda  layihə rəhbəri N.Nəcəfov pedaqoji heyətə və məktəblilərə təhsildə uğurlar arzuladı.

Chosen
17
5
qht.az

10Sources