Demokrat.az xəbər verir ki, "Qafqazinfo”-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, 31 yaşlı Ceyhun Məmmədov quldurluqda təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə ötən il zərərçəkmişin yaşadığı evdə qeydə alınıb. Ceyhun əvvəldən tanıdığı Mayis Əliyevlə danışmaq üçün evinə daxil olub, onu bıçaqla qorxudaraq təslim edib. Daha sonra M.Əliyevi kresloya oturmağa məcbur edib, əllərini-ayaqlarını kəndir və kabellə, ağzını isə yapışqan lentlə bağlayıb.
Müqavimət göstərə bilməyəcəyindən əmin olduqdan sonra hüquşünasın telefonundakı bank proqramı vasitəsilə özünə 8 min manat pul köçürüb. Bundan əlavə nağd pul və digər əşyalarını götürərək evdən qaçıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyatla Ceyhun qısa müddətdə tutularaq istintaqa cəlb olunub.
10Sources
-
pravda.azMayis Əliyevi kresloya bağlayıb pulunu aparana bu cəza verildi ( 12043783)
-
musavat.comMayis Əliyevi kresloya bağlayıb pulunu aparana- Bu cəza verildi ( 12043621)
-
modern.azMayis Əliyevi kresloya bağlayıb pulunu aparan 10 il HƏBS ( 12043048)
-
olke.azMayis Əliyevi kresloya bağlayıb pulunu aparana cəza verildi ( 12040090)
-
demokrat.azMayis Əliyevi kresloya bağlayıb pulunu aparana cəza verildi ( 12039340)
-
tribunainfo.azMayis Əliyevi kresloya bağlayıb pulunu aparana cəza verildi ( 12038893)
-
titul.azMayis Əliyevi kresloya bağlayıb pulunu apardı - Cəzası bəlli oldu ( 12035323)
-
sabah.azMayis Əliyevi kresloya bağlayıb pulunu aparana - Bu cəza verildi ( 12035290)
-
sitat.infoMayis Əliyevi kresloya bağlayıb pulunu aparana - Bu cəza verildi ( 12034975)
-
day.azMayis Əliyevi kresloya bağlayıb pulunu aparana - Bu cəza verildi ( 12034234)