EN

Kanye Uest təcavüzdə ittiham olunur

Dünya şöhrətli repçi və iş adamı Kanye Uestin keçmiş köməkçisi Lauren Pişotta onu zorlamaqda ittiham edərək, iddia qaldırıb.

OLAY yazır ki, Laurenin sözlərinə görə, hadisə bir neçə il əvvəl insan alverində və fahişəliklə məşğul olmaqda ittiham olunan dünyaca məşhur repçi və musiqi prodüseri Pi Diddi (əsl adı Şon Kombs) ilə səsyazma zamanı baş verib.

Lakin Diddinin özü hadisədə birbaşa iştirak etməyib.

“Page Six” nəşrinin yaydığı məlumatına görə, Pişotta deyib ki, Kanye onun üçün içki sifariş edib, içərisində isə narkotik maddə olubmuş.  Onu içdikdən sonra Lauren özünü “dizorientasiya” hiss edib və bədəninə və nitqinə nəzarəti itirib. Ertəsi gün səhər o, başına gələnləri təfərrüatı ilə xatırlamasa da, düşdüyü vəziyyətdən utanıb.

Lauren əmin edir ki, Kanye özü uzun müddət sonra hər şeyi ona etiraf edib. Guya o, elə həmin axşam studiyada eyham vuraraq, aralarında nəsə olduğunu deyib. O ana qədər Pişotta özünü günahlandıraraq, tədbirdə özünü birtəhər biabır etdiyini düşünmüşdü.

O, əslində nə baş verdiyini biləndə şoka düşüb və iyrənib. Bu, onun repçidən uzaqlaşmaq istəyinə təsir edib.

Xatırladaq ki, Lauren Pişotta əvvəllər Kanye Uesti təqib etməkdə ittiham etmişdi. Həmçinin iddiasında o, sənətçinin həyat yoldaşı Bianka Sensor ilə cinsi həyatının təfərrüatlarını açıqlayıb. Uest, öz növbəsində, Pişottanın özünün onu təqib etdiyini və onu yoldan çıxarmağa çalışdığını bildirib.

Chosen
47
olay.az

1Sources