EN

Safurədən Cıdır düzündə maraqlı performans - VİDEO - FOTO

"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva ailəsi ilə Şuşadan yeni paylaşım edib.

Bakıvaxtı.az axşam.az-a istinadən xəbər verir ki, müğənni Cıdır düzündə "Sarı gəlin" mahnısını ifa edib. O, "Allah vətən azadlıq uğrunda canlarından keçən bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!" deyə, paylaşımında qeyd edib.

Safurənin fotolarında həyat yoldaşı Fərhad Əliyev də yer alıb.

Qeyd edək ki, Fərhad və Safurə İstanbulda yaşayır. Fərhad mərhum energetika naziri Natiq Əliyevin oğludur. Cütlüyün İsgəndər Aişə və Natiq adlı daha 3 övladı var.

 

Chosen
17
2
bakivaxti.az

3Sources