EN

Yeni virus daha sürətlə yayılır: Peyvənd və müalicə üsulu yoxdur

Son zamanlar Avropa ölkələri və Rusiyada Covid-19 virusunun XEC adlanan yeni variantının müşahidə olunması digər ölkələrdə də virusun bu variantı ilə bağlı təşviş doğurub.

Turkustanı.az-ın məlumatına görə, XEC-lə bağlı Türkiyədə də mühüm xəbərdarlıqlar edilib.

Mütəxəssislərin fikrincə, qrip əlamətlərindən şikayətlənən bir çox insan XEC-yə yoluxmuş ola bilər.

Bildirilir ki, simptomlar digər variantlara bənzəyir, XEC də, yüksək hərarət, boğaz ağrısı, dad, qoxu itkisi, əzələ və oynaq ağrıları, yorğunluq ilə özünü büruzə verir.

Türkiyəli həkimlər xəbərdarlıq ediblər ki, yeni XEC variantı digərlərindən daha sürətli yayılır və immun reaksiyasına məhəl qoymur.

Bildirilib ki, hazırda ən böyük problem XEC üçün peyvənd və heç bir müalicə üsulunun olmaması və əvvəlki peyvəndlərin etibarlı olmamasıdır.

Maraqlıdır, Covid-in yeni variantı olan XEC-lə bağlı Azərbaycanda vəziyyət necədir?

Təyyar Eyvazov, İnfeksionist

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bidirilib ki, hazırda havaların bir qədər soyumasına baxmayaraq ölkəmizdə koronavirusla bağlı epidemioloji durum sabitdir.

İnfeksionistin sözlərinə görə, ara-sıra kiçik dalğalanmalar müşahidə olunsa da, yeni yoluxma halları minimaldır:

“Xəstəlik əksərən yüngül, yuxarı tənəffüs yollarının zədələnmə əlamətləri ilə keçir və fəsadsız ötüşür. Ağır və fəsadlaşmış hallar əsasən risk qrupları arasında təsadüf edir”.

Chosen
42
40
turkustan.az

10Sources