EN

2050-ci ildə hər kəs qohumsuz qalacaq – ARAŞDIRMA

Yeni araşdırmaya görə, 2050-ci ilə qədər Yaponiyada yaşı 65 və yuxarı olan insanların 10 faizindən çoxunun yaxın qohumu olmayacaq.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Yaponiyada yerləşən Kyodo agentliyinin hesabatına görə, 2050-ci ildə Yaponiyada yaşlıların 10 faizindən çoxunun qohumu qalmayacaq.

Yaponiya Tədqiqat İnstitutu 2050-ci ildə nəvələri də daxil olmaqla üçüncü dərəcəyə qədər qohumu olmayan qocaların sayının 4,48 milyon nəfərə çatacağını bəyan edib.

İnstitut, yaşı 65 və yuxarı olan insanların 10 faizindən çoxuna uyğun gələn bu 4,48 milyon insanın dəfn mərasiminə kimin baxacağı və qocalar evlərində qocalara kimin zəmanət verəcəyi ilə bağlı narahatlıqların olduğunu bildirib.

Bundan əlavə, 2050-ci ildə qayğıya ehtiyacı olduğu kimi sənədləşdirilmiş yaşlıların sayının 590 minə yüksələcəyi proqnozlaşdırılır.

Yaponiyada bir çox qocalar evləri və tibb müəssisələrində qocalara qulluq göstərmək üçün zaminlər tələb olunur.

Yaşlanan ölkədə nikaha girənlərin sayı azaldıqca, üçüncü dərəcəli qohumu olmayan 65 və yuxarı yaşlı insanların sayı durmadan artır.

Dəniz Pənahova

Chosen
35
3
tribunainfo.az

4Sources