EN

Qazaxıstanda mədəndə qəza: ölənlər var

Qazaxıstanın Balxaş şəhəri yaxınlığında yerləşən "Sayak" mədənində qəza baş verib.

Axar.az xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb.

Qəza nəticəsində 2 işçi həlak olub.

Hadisəni araşdırmaq üçün xüsusi komissiya yaradılıb.

Qeyd edək ki, qəza baş verən şaxtadan mis-sulfid filizi çıxarılır.

Chosen
20
2
axar.az

5Sources