EN

Yeniyetmələrə özünümüdafiə ilə bağlı təlim keçirilib –FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqası “Gənclərin Seçimi: Narkomaniyasız Dünya” adlı layihənin icrasını davam etdirir.

Layihənin növbəti tədbiri oktyabrın 5-də  Neftçi İdman Klubunun Sumqayıt şəhərində yerləşən təlim bazasında baş tutub. Təlimi açılış nitqi ilə Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqasının sədri Elçin Çobanzadə çıxış edərək, layihənin məqsədləri haqqında məlumat verib. Təlimdə Qraplinq idman növü üzrə dünya çempionatına vəsiqə qazanan Əhmədli Fərid yeniyetmələrə özünü müdafiə fənnlərindən təlim keçib.

Tədbirin sonunda belə tədbirlərin davamlı keçirilməsinin vacibliyi vurğulanıb və iştirakçılarla xatirə fotosu çəkilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan layihənin tərəfdaşları  El-1 idman liqası, Neftçi İdman Klubu və Azərbaycan Dövlət Reklam Agentliyidir.

Chosen
5
2
azpost.info

3Sources