EN

Livanda bütün təhsil müəssisələri bağlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Livanda davam edən münaqişə səbəbindən məktəblərdə və bütün təhsil müəssisələrində dərslərin başlaması oktyabrın 7-dən noyabrın 4-nə təxirə salınıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Beyrutda keçirilən mətbuat konfransında respublikanın təhsil naziri vəzifəsini icra edən Abbas Hələbi bildirib.
"Nazirlik 1.3 milyon şagirdi və müəllimləri təhdid edən təhlükəyə görə məsuliyyəti öz üzərinə götürə bilməz. Ona görə də tədris ilinin başlanması noyabrın 4-nə təxirə salınıb", - deyə məmur qeyd edib.
O, həmçinin xatırladıb ki, hazırda əksər dövlət məktəblərinin, texnikumların və institutların binaları cənub bölgələrindən olan qaçqınların yerləşdirilməsi üçün istifadə olunur.
Chosen
22
6
oxu.az

10Sources