EN

Prezident təqaüdünə layiq görülən Naxçıvanın məzunları - FOTO

Prezidenti İlham Əliyev “2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Sərəncam imzalayıb. 

İqtisadiyyat.az xəbər verir ki, prezident təqaüdünə layiq görülənlərdən 4-ü Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin məzunlarıdır.

Belə ki, Culfa Şəhər 3 nömrəli tam orta məktəbin məzunu İsmayıllı Kənan Mehman oğlu, Ordubad Rayon Gənzə kənd tam orta məktəbinin məzunu Rzayev Yaqub Aqil oğlu, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin məzunu Əbilov Ziya Namiq oğlu və Naxçıvan Şəhər 5 nömrəli tam orta məktəbin məzunu Qənbərova İnci Rauf qızı prezident təqaüdünə layiq görülüb.

Chosen
34
1
iqtisadiyyat.az

2Sources