EN

Abortlarla bağlı dəhşət saçan statistika - Hansı məsuliyyət var?

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizdə 73 816 abort qeydə alınıb. Abort edənlərin çoxunun yaşı gəncdir. Belə ki, 2023-cü ildə abort edən qadınların 50 faizdən çoxu, yəni 37 min nəfəri 15-29 yaş aralığındadır. Statistikaya görə, ötən il 15-17 yaş aralığında 68 qadın, 18-19 yaş aralığında olan 2 528 qadın abort etdirib. 2021‑ci ildə abort edənlərin sayı 46 877, 2022‑ci ildə 57 999 olub. 15‑49 yaşlı hər 1 000 qadına düşən abortların sayı 27,9 təşkil edib. Statistikadan da görünür ki, say çox sürətlə artır. Aparılan təbliğat da heç bir effekt vermir. Bəs, görəsən, problemin həlli yolları varmı? Bəlkə artıq inzibati qaydada hansısa addımların atılmasının vaxtı çatıb?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Rafiq Mahmudov da ölkədə abortların sayının artdığını təsdiqləyir. 

Onun sözlərinə görə, son 10 il ərzində abortların bir necə dəfə artması müxtəlif səbəblərlə bağlıdır: "Yaş kateqoriyası üzrə bölgüyə diqqət yetirsək görə bilərik ki, abortlar 25-34 yaş arasında olanlar arasında daha çox tətbiq olunur. Bu, nikah yaşı dövrüdür. Bu kimi halların mövcudluğu onu göstərir ki, bu gün gənclərin reproduktiv sağlamlıq və ailə planlaşdırılması ilə bağlı bilikləri azdır. Bu mövzular ətrafında işlərin daha gücləndirilmiş bir formada aparılmasına ehtiyac var ki, ailələr aborta yalnız alternativ variant olmadığı halda müraciət etsinlər. Abortları yaradan digər səbəblər isə cəmiyyətdə hələ də mövcud olan stereotiplərdir. Bu stereotiplər ailədə oğlan uşaqlarına qarşı olan üstünlük və istəkdən irəli gəlir”.

Chosen
8
1
azpolitika.info

10Sources