EN

Telegram öz messencerində YouTube-un analoqunu yaradacaq

Telegram öz messencerində Youtube-un analoqunu yaradacaq,“Telegram Contests” kanalından bildirildiyi kimi, şirkət oktyabrın 25-dək davam edəcək videohostinq yaratmaq üçün iOS proqramçıları arasında müsabiqə elan edib.

“Telegram sıfırdan media pleyer yaratmaq üçün iOS proqramçıları arasında müsabiqə keçirir. Tapşırıq: iOS üçün Telegram-da HLS yayımını (həm audio, həm də video üçün) dəstəkləyən media pleyerini tətbiq etmək”, messencer komandasının proqramlaşdırma müsabiqələri elan etdiyi Telegram-kanalının mesajında ​​deyilir.

Qeyd olunur ki, sayt şəbəkənin ötürmə qabiliyyətindən asılı olaraq mövcud video axınlar arasında həm avtomatik, həm də əl ilə keçidi dəstəkləməlidir.

Onlar əlavə ediblər ki, media pleyer hazırda messencerdə istifadə olunan AVPlayer-i əvəz etməlidir. Həmçinin, yazıya görə, son versiya performansa , tətbiqin qeyri-sabitliyinə və ya multimedianın oynatılmasına probleml yaratmamalıdır. Bundan əlavə, audio və ya videonu canlandırmaq üçün veb interfeysindən istifadə etmək qadağandır.

Mükafat fondu 50 min dollar olacaq. Nəticələri noyabrda açıqlanacaq bu müsabiqədə hər kəs iştirak edə bilər. Öz növbəsində qaliblərin Telegram ilə daha da əməkdaşlıq etmək şansı ola bilər.

Almaz Həsənli

Chosen
27
oxumeni.az

1Sources