Rahil Məmmədovun formasını geyindiyi "Radomyak" Polşa çempionatının XI turu çərçivəsində "Rakuv"u qəbul edib.

Offsideplus.az xəbər verir ki, millimizin futbolçusu start heyətdə meydana çıxıb və sona qədər oyunda olub. 

Məmmədovun komandası "2:0" hesabı ilə məğlub olub.

Qeyd edək ki, "Radomyak" 9 xalla 15-ci pillədə qərarlaşıb.