Almaniya paytaxtının əsas meydanı Aleksandrplatzda Fələstini dəstəkləyən nümayiş zamanı 10 nəfər saxlanılıb.
APA xəbər verir ki, bu barədə Berliner Zeitung məlumat yayıb.
Fələstinin HƏMAS-ın İsrailə hücumunun ildönümü günü, oktyabrın 7-də paytaxtda iki minə yaxın polisin xidmətdə olacağı da qeyd edilir.