EN

"Barselona" Levandovskinin gələcəyi ilə bağlı qərar verib

"Barselona" təcrübəli hücumçu Robert Levandovskinin gələcəyi ilə bağlı qərar verib.

90deqiqe.Az-ın “ Sport.es”ə istinadən məlumatına görə, Kataloniya klubunun rəhbərləri əmindirlər ki, 36 yaşlı futbolçu daha bir neçə il yüksək səviyyədə çıxış edə biləcəyinə əmindirlər, ona görə də "mavi qranatlı"lar 2025-ci ildə yeni hücumçu ilə müqavilə imzalamayacaqlar.

Qeyd edək ki, Levandovskinin kataloniyalılarla hazırkı müqaviləsi 2026-cı ilin iyununa qədərdir. Xatırladaq ki, Robert Levandovski bu mövsüm Kataloniya klubunun heyətində İspaniya çempionatında səkkiz oyun keçirib və bu oyunda 7 qol vurub və iki məhsuldar ötürmə edib.

Chosen
14
90deqiqe.az

1Sources