EN

YAP Bərdə rayon təşkilatı Beynəlxalq Müəllim Günündə rayonun qazi müəllimləri ilə görüş keçirib

YAP Bərdə rayon təşkilatı 5 oktyabr - Beynəlxalq Müəllim günü münasibətilə Qazi müəllimlərlə görüş keçirib.  Görüşdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə çıxış edən YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya Qazi müəlllimlərin timsalında rayonun ümumtəhsil məktəbləri, Bərdə Dövlət İdarəetmə və Texnologiya kolleci, Bərdə Dövlət Peşə Təhsili Mərkəzi və musiqi məktəblərini əhatə edən müəllim ordusunu əlamətdar gün münasibətilə təbrik etmiş, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu dovlət təhsil siyasətinin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən yeni keyfiyyətdə davam etdirilməsindən danışmış, Müzəffər Liderin rəhbərliyi altında xalq ordu birliyinin, igid şəhidlərimizin və Qazilərimizin şücaəti sayəsində işğaldan azad olunmuş Qarabağımizda tikilən və fəaliyyətə başlayan məktəb və Qarabağ Universitetinin fəaliyyət göstərməsinin nə qədər qürurverici olmasından danışmışdır. Sədr Faqət Şadlinskaya həmçinin müəllim ordusunun təhsil, tədris və tərbiyə islərinidən başqa ölkənin taleyüklü seçki kompaniyalarındaki fəalliqlarına da diqqət çəkmiş, öz fəallıqları ilə daim öndə olduqlarını xüsusi vurğulamışdır. 

Görüşdə Qarabağ Regional Təhsil İdarəsi Bərdə sektorunun müdiri Qurban Məmmədov, Qarabağ Regional Mədəniyyət İdarəsinin Bərdə üzrə nümayəndəsi Fərid Hacıyev, Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin direktoru Xosrov Musayev, Bərdə Dövlət Peşə Təhsili Mərkəzinin direktörü Samir Nəcəfov çıxış edərək müəllim günü münasibətilə Qazi - müəllimləri təbrik etmiş, təhsilə gostərdikləri diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər. Görüşdə Qazi müəllimlər çıxış edərək onların dövlət səviyyəsində qayğı ilə əhatə olunduqlarını xüsusi vurğulamış, Müzəffər Liderin hər bir çağırışına hər zaman hazır olduqlarını bildiriblər. 

Görüşdə rayonun Qazi - müəllimlərə YAP Bərdə rayon təşkilatının qiymətli hədiyyələri təqdim olunub. Sonda YAP Bərdə rayon təşkilatının foyesində Ulu öndər Heydər Əliyevin büstü önündə xatirə şəkli çəkdirilib.

Chosen
13
ikisahil.az

1Sources