EN

Bir nəfərdə 4 kiloqram marixuana aşkarlanıb

Bir

Zərdabda narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb.

Reyting.az
DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupuna istinadla bildirir ki, rayonun Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əvvəllər məhkum olunmuş Ensar Cəfərov saxlanılıb. Onun üzərindən 4 kiloqrama yaxın marixuana aşkarlanıb.

Araşdırmalar zamanı E.Cəfərovun sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşı tərəfindən kuryerliyə cəlb olunduğu və narkotik vasitəni qabaqcadan təyin olunan yerə çatdırmalı olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Chosen
17
reyting.az

1Sources