EN

Anasının peşə bayramında şəhid olan Cavid Mahmudovun anım günüdür

Vətən Müharibəsi Qəhrəmanı Cavid Mahmudovun şəhid olmasının 4-cü ildönümüdür.

 

Modern.az xəbər verir ki, şəhidimiz 1989-cu il fevralın 6-da Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub.1995-2006-cı illərdə Aşağı Cürəli kənd tam orta məktəbində təhsil alıb. 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb.


Cavid Mahmudov 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 2012-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Göygöl rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2020-ci ildən isə o, Azərbaycan Silahlı Qüvvələrinin Abşeron rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi.


Azərbaycan Ordusunun kapitanı olan Cavid Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub və oktyabrın 5-də Füzuli döyüşləri zamanı  düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. Şəhid Cavid Mahmudov doğulduğu Biləsuvar rayonunun Aşağı Cürəli  kənd qəbristanlığında dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə  Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Mahmudova ölümündən sonra  "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.

 


Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Cavid Mahmudov ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları  ilə təltif edilmişdir.

 

Qeyd edək ki, şəhidimizin anası Nəsibə Mahmudova pedoqoji fəaliyyətlə məşğuldur. O, övladının şəhadət xəbərini peşə bayramı günündə almışdı.

Allah rəhmət eləsin!

 

13854071385408

1385409

 

Chosen
17
45
modern.az

10Sources