AZ

Şəhid kəfiyyatçının anım günü qeyd edildi - FOTOLAR

Oktyabırn 3-də 44 günlük Vətən Müharibəsinin şəhidi Xəyal Saleh oğlun Əliyevin məzarı və ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, qazilər və kənd ziyalıları ilə birlikdə ziyarət olunub.

Modern.az-ın məlumatına görə, əslən Füzuli rayonu Yağlıvənd kəndindən olan Şəhid Xəyal Saleh oğlu Əliyev 1999-cu il aprelin 25 də Beyləqan rayonun Qəhrəmanlı qəsəbəsində anadan olub. 2006-2017-ci illərdə Beyləqan rayonu Qəhrəmanlı kəndində tam orta məktəbi oxuyub. 2018-ci ilin yanvar ayından 2019-cı ilin iyul ayına kimi Prezident Qvardiyasında həqiqi hərbi xidmətdə olub.


Həqiqi hərbi xidməti başa vurandan sonra Beyləqan rayonunda yerləşən N saylı kəşfiyyat briqadasında könüllü olaraq xidmətə qayıdıb.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Xəyal Əliyev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğurunda gedən döyüşlərdə böyük igidliklə savaşıb. İşğal altında olan torpaqlarımızın azad olunmasında xüsusi fərqlənib. Xəyal Əliyev oktyabrən 2-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.
 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Xəyal Əliyev ölümündən sonra lll dərəcəli "Vətənə xidmətə görə" ordeni və “Vətən uğurunda”, "Füzulinin azad olunmasına görə", “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.


Şəhidin ailəsi müvəqqəti olaraq Beyləqan rayonunun, Qəhrəmanlar kəndində yaşayır.

Seçilən
0
16
modern.az

10Mənbələr