EN

Poqba futbola qayıdır

“Yuventus”un futbolçusu Pol Poqbanın dopinqə görə verilən cəzasının müddəti azaldılıb.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, 31 yaşlı fransalı futbolçuya verilən cəzanın müddəti 4 ildən 18 aya azaldılıb.

O, 2025-ci ilin yanvar ayından etibarən İtaliya təmsilçisi ilə birgə məşq edə biləcək. Rəsmi matçlara çıxmağa icazə isə mart ayından etibarən veriləcək.

Qeyd edək ki, Pol Poqba bu ilin qışında dopinqə görə 4 il müddətinə diskvalifikasiya olunmuşdu.

Bizim.Media

Chosen
7
7
bizim.media

8Sources