Metbuat.az xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In belə açıqlama verib. Məlumata görə, Kim Çen In xüsusi əməliyyat qüvvələrinin bölməsinə baş çəkib. O bildirib ki, ölkəsinə qarşı silahlı qüvvələrdən istifadə edilsə, Cənubi Koreya məhv ediləcək. Qeyd edək ki, Cənubi Koreya lideri Yoon Suk Yeol Şimali Koreyanın nüvə silahından istifadə etmək cəhdinin Kim hökumətinin sonu olacağını bildirmişdi.