AZ

Şimali Koreya lideri qonşu ölkəni nüvə silahı ilə hədələyib: "Biz onları məhv edəcəyik"

Şimali Koreya lideri Kim Çen In nüvə silahının tətbqii ilə bağlı xəbərdarlıq edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu barədə Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

O, burada etdiyi çıxışında bildirib ki, Cənubi Koreya ölkəsinin suverenliyini pozan silahlı qüvvələrdən istifadə etməyə cəhd edərsə, ordusu nüvə silahı da daxil olmaqla, malik olduğu bütün hücum vasitələrini dərhal işə salacaq: "Biz onları məhv edəcəyik"

Xatırladaq ki, Cənubi Koreya lideri Yoon Suk Yeol oktyabrın 1-də deyib ki, Şimali Koreyanın nüvə silahından istifadə cəhdi Kim Çen In hökumətinin sonu olacaq: "Çünki Kim Cənubi Koreya-ABŞ ittifaqının həlledici və böyük cavabı ilə üzləşəcək".

Zülfiyyə

MİA.AZ

Seçilən
5
5
mia.az

10Mənbələr