EN

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Salyanda

Salyan, 4 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC

Salyan rayonu ərazisində minik avtomobilinin iştirakı ilə baş verən yol qəzası zamanı 5 nəfər xəsarət alıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə saat 17 radələrində Salyan rayonunun Xalac kəndi ərazisində qeydə alınıb. Minik avtomobili yolda olan iribuynuzlu heyvana görə idarəetmədən çıxıb və yol kənarındakı maneəyə çırpılıb. Hadisə zamanı xəsarət alan Sevinc Babayeva, Kənan Babayev, Vüsalə Babayeva, Allahşükür Babayev, Sevgül Babayeva Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Chosen
17
4
azertag.az

10Sources