EN

Badamın ürək və damarlar üçünFAYDALARI

Badam ürək-damar sistemi üçün olduqca faydalıdır.

Azpost.info xəbər verir ki, bunu rusiyalı bioloq, dosent Aleksandr Sozıkin bildirib.

O, badamın amin turşuları, zülal, lif, vitamin, kalium, kalsium, xrom və maqnezium mənbəyi olduğunu deyib:

“Badam amin turşuları, zülallar, monodoymamış yağ turşuları, lif, E, B2, B7, B9, B12 və digər vitaminlər, kalium, kalsium, xrom, manqan, maqnezium, mis, fosfor mənbəyidir”.
Bioloqun sözlərinə görə, badam ürək-damar xəstəlikləri zamanı ölüm riskini azaldır.

Badam xolesterol səviyyəsini aşağı salır, antioksidantlar əmələ gətirir, qan damarlarının divarlarında aterosklerotik lövhələrin çökməsindən qoruyur. Bundan başqa, qan təzyiqini aşağı salmağa və daxili orqanlara qan axınını stimullaşdırmağa kömək edir.

Mütəxəssis deyir ki, badam maqnezium mənbəyi olduğu üçün qan şəkərinin səviyyəsini aşağı salmaq üçün də istifadə edilə bilər – gündə 10-16 badam yemək məsləhətdir. Badam insulin müqavimətinin inkişafının qarşısını alır. Xüsusilə ikinci tip diabetli insanlar üçün faydalıdır. Badam artıq çəki və piylənmə ilə mübarizə aparmağa da kömək edir.

Azpost.info

 

Chosen
14
azpost.info

1Sources